• cümə axşamı, 28 mart, 18:03
  • Baku Bakı 13°C

Bakıda başına daş plitəsi düşən yeniyetmə ölüb - VİDEO

05.05.21 17:52 873
Bakıda başına daş plitəsi düşən yeniyetmə ölüb - VİDEO
Bakıda başına daş plitəsi düşən 14 yaşlı Əli Şabanov vəfat edib.
APA-nın xəbərinə görə, hadisə nəticəsində ağır xəsarət alaraq komaya düşən Səbail rayonu, Badamdar qəsəbə sakini Şabanov Əli Mahir oğlu bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəbeşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşayan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.
Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

banner

Oxşar Xəbərlər