• cümə axşamı, 25 aprel, 11:24
  • Baku Bakı 14°C

Bakı Dövlət Sirkinə “Fil və dostları” adlı beynəlxalq sirk proqramı gəlir

08.09.22 17:15 1227
Bakı Dövlət Sirkinə  “Fil və dostları” adlı beynəlxalq sirk proqramı  gəlir

“Fil və Dostları” adlı sirk proqramının təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
Bu proqramda fillər sözün əsl mənasında qeyri - mümkün olanları reallaşdırıb, balaca dostları ilə möhtəşəm bir şou yaradacaq. 
Bundan başqa, sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların  fəndləri və digər beynəlxalq sirk ustalarının   çıxışları sözün əsl mənasında bütün tamaşaçıları heyrətləndirəcək.
“Fil və dostları” adlı beynəlxalq sirk proqramı  2022-ci il 14  oktyabr tarixindən başlayaraq, 27 noyabra kimi davam edəcək. 
Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə  nümayiş olunacaq.
Qeyd edək ki,  proqamın  biletləri  şəhərin bütün kassalarından və itikcet.az  saytından onlayn əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün  aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.
055 959-12-12
012 597-31 81

banner

Oxşar Xəbərlər