• şənbə, 20 Aprel, 04:20
  • Baku Bakı 15°C

AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir

21.09.17 15:45 1308
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir
Bu gün Serbiya paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı başlanır. Konfransın işində EANA-nın üzvləri, o cümlədən 2008-ci ildən bu təşkilatın üzvü olan Azərbaycan Dövlət İnformasiya Agentliyi –AZƏRTACda iştirak edir.
Budəfəki konfrans "Videoxəbərlərin yaradılması və maddiləşdirilməsi. Redaktorların yeni çağırışlara hazırlanması” mövzusuna həsr edilib.
KonfransdaAZƏRTAC-ı bu agentliyin Almaniyadakı xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov təmsil edir. Konfransın gündəliyində V.Seyidovun qısa çıxışı nəzərdə tutulur. O, videoxəbərlər yaradılması sahəsindəAZƏRTAC-ın qazandığı nailiyyətlər barədə hesabat təqdim edəcək.
Sabah EANA-nın Baş Assambleyasının iclası olacaq.
banner

Oxşar Xəbərlər