• cümə, 29 Mart, 16:34
  • Baku Bakı 14°C

“Azərbaycanın koronavirusla mübarizə fəaliyyəti hamı üçün nümunədir”

02.04.20 14:48 2418
“Azərbaycanın koronavirusla mübarizə fəaliyyəti hamı üçün nümunədir”
İqor Korotçenko: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olmadan, 21-ci əsrin dalana dirənmiş, tənha dövlətinə çevriləcək”
Azərbaycan hakimiyyətinin dünyanı cənginə alan koronavirusla bağlı gördüyü işlər, apardığı profilaktik tədbirlər təqdir olunur. Beynəxalq media, ekspert dairələrində rəsmi Bakının pandemiyanın geniş vüsət almaması məqsədilə xüsusi fond yaratması, karantin tədbirlərini gücləndirməsi ciddi müzakirə olunur. "Koronavirus epidemiyası Rusiyanın Azərbaycan, Gürcüstan və Ermənistanla münasibətlərini necə dəyişəcək?” mövzusuda keçirilən onlayn-konfransda rusiyalı ekspert İqor Korotçenko bildirib ki, Azərbaycanın koronavirusla mübarizədə fəaliyyəti hamı üçün nümunədir. "Mən postsovet məkanında baş verənləri ciddi şəkildə izləyirəm. Bu planda mənə elə gəlir ki, Azərbaycan sözün əsl mənasında nümunəvi təsir bağışlayır. Xüsuslə, Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nümunəsini, onun biznes cəmiyyətinə verdiyi siqnal, öz illik əmək haqqını Koronavirusla Mübarizə Fonduna köçürməsini qeyd edə bilərəm. Bu, çox əhəmiyyətli və vacib bir nümunədir. Çünki verilən impuls eşidilib və biz müşahidə edirik ki, prezidentin bu nəcib və xeyirxah, kompromissiz əməlinin ardınca biznes dairələr aktiv şəkildə öz vəsaitlərini fonda köçürməkdədir. İri, orta bznes nümayəndələri, dövlət korporasiyaları bu Fonda vəsaitlərini daxil edirlər. Bu addım konsolidasiya baxımından fövqəladə dərəcədə əhəmiyyətli məsələdir. Belə ki, müasir dünyada maliyyə-iqtisadi imkanları olanlar cəmiyyətlə vətəndaş həmrəyliyi nümayiş etdirməlidir. Məhz bu planda da Azərbaycan nümunədir. Dünya elə qurulub ki, dövlətin birinci şəxsinin impulsu olmadan irimiqyaslı irəliləyişlərə, xüsusən də fors-major hallarda nəyəsə ümid etmək çox çətindir. Bu planda biz görürük ki, otellərin sahibləri özlərinin lüks nömrələrini karantin üçün təqdim edirlər. Azərbacan, sərhədlər bağlanana qədər ölkəyə süni ağ ciyər ventilyasiya aparatları, tibbi ləvazimatlar, iri həcmdə antiseptiklər gətirmək üçün səy göstərdi. Biz mobilləşmənin çox yaxşı və effektiv nümunəsini müşahidə etdik. Bu kimi hallar koronavirus infeksiyasının kütləvi şəkildə yaylmasının qarşısını almağa imkan verir”, -deyə ekspert vurulayıb. Onun sözlərinə görə, analoji halı Rusiyada da hiss etmək mümkündür. Ekspert bildirir ki, bu gün koronavirusla mübarizə məsələsində hamı çox irimiqyaslı dəyişikikliklər astanasındadır. Bütün bunlar isə bəşəriyyət qarşısında yeni çağırışdır. Bu səbəbdən də ekspert intellektual elitanın dövlətlər qarşısında duran çağırışları formulizə etmə tapşırığının durduğunu bildirib.
Cənubi Qafqaz dövlətləri üçün koronavirusun nəticələri barədə danışan ekspert xüsusi vurğulayıb ki, virus, sözsüz ki, daha çox Ermənistan iqtisadiyyatına ciddi zərbə vuracaq. "Epidemiya dünya birliyinin birgə səyləri ilə başa çatdıqdan sonra koronavirusun iqtisadi nəticələri ölkələrin gələcək siyasi qərarlarının həllinə ciddi təsir edəcək. Sözsüz ki, Ermənistan iqtisadiyyatı irimiqyaslı zərbə alacaq. "Təhlükəsizlik yastığı” mövcud deyil və təssüf ki, insanların həyatı ciddi şəkildə pisləşəcək ki, bu da yeni sabitsizliyə gətirib çıxaracaq. Mən buna qəti şəkildə əminəm. Belə bir şəraitdə erməni hakimiyyət orqanlarının Azərbaycanın blokadanı aradan qaldırması müqabilində işğal etdikləri torpaqlarla bağlı hansısa bir razılaşmaya gedəcəklərini biz bilmirik. Tam aydındır ki, xarici impuls olmadan Ermənistan iqtisadiyyatı geriləyəcək və bu da ölkə vətəndaşları üçün yeni iztirablara gətirib çıxaracaq. Biz görürük ki, Azərbaycanın "təhlükəsizlik yastığı” mövcuddur və xüsusilə son illər prezident İlham Əliyevin iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı istiqamətində apardığı iqtisadi islahatlar bu gün öz təsirini göstərir. Bu, ona daha ağır sınaqlardan keçməyə imkan verir. Belə bir şəraitdə, epidemiyadan çıxmaq məsələsində biz iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli Azərbaycan görürük. Belə bir vəziyyətdə erməni elitası üçün sadəcə sağqalma məsələsi duracaq, əks təqdirdə iqtisadiyyat öz problemləri ilə cəmiyyəti xaosa sürükləyəcək. Belə bir şəraitdə hesab edirəm ki, ermənilərin məsuliyyətli siyasi elita nümayəndələri tapılacaq və onlar Azərbaycanla dialoqa getməli olacaqlar. Nə qədər paradoksal səslənsə də, söhbət işğal olunan torpaqların geri qaytarılması və ölkə iqtisadiyyatının canlandırılmasından gedir. Əks təqdirdə öz dağıntıları altında qalmaqda davam edəcək və erməni elitasının çiçəklənmə arzusu puç olacaq. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olmadan, 21-ci əsrin dalana dirənmiş, tənha dövlətinə çevriləcək” – deyə İ.Koronçenko bildirib. Münaqişələrlə bağlı vəziyyəti şərh edən ekspert hesab edir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi BMT səviyyəsində təsdiq olunub: "Beynəlxalq cəmiyyət mövcud sənədlər çərçvəsində münaqişənin ədalətli həllinə çalışır. Təəssüf ki, biz Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrin hər hansı bir konstruktiv yanaşmasını müşahidə etmirik. Məsuliyyətsiz siyasi demaqogiya, boş-boş cəfəngiyyat aparılır. Paşinyan ermənilərin Navalnısıdır. Bu tip insanlar konstruktiv fəaliyyət göstrə bilməyən tip insanlardandır. Nikol Paşinyanın timsalında tam mənada siyasi məsuliyyətsilzik müşahidə edirik. Sorosun köməyi ilə hakimiyyətə yiyələnən müxalifətçilər konstruktiv dialoq aparmaq iqtidarında deyillər”.
Ekspert sonda bildirib ki, yaranmış gərgin vəziyyətdən çıxmaq üçün humanitar təşəbbüslar gərəkdir: "Biz bu gün İlham Əliyevin qətiyyətli addımlarını görürük. O, özünü həqiqətən də layiqli dövlət rəhbəri kimi göstərdi. Öz illik əmək haqqını Koronavirusla Mübarizə Fonduna köçürən ikinci bir prezidentin adını çəkə bilərsinizmi? Belə bir presedent yoxdur. Biz vəziyyət düzələndən sonra Bakıdan yeni humanitar təşəbbüs gözləyirik. Əsas məsələ hazırda koronavirusla mübarizədə pik həddi keçməkdir, sonra isə dövlət rəhbərlərinə birgə yeni format işləyib təqdim etmək gərəkdir. Burada milli izolə, milli separatizm siyasəti yoxdur. Biz Cənubi Qafqazda, Xəzər regionunda, postsovet məkanında bu mürəkkəb mərhələni birgə adlamalıyıq”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər