AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda vaksin olunanların sayı 1 milyonu keçdi

Azərbaycanda vaksin olunanların sayı 1 milyonu keçdi

Təfsilat
07 Aprel 2021, 16:15 1088
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43499 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15507 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.