• cümə, 29 Mart, 15:55
  • Baku Bakı 14°C

Azərbaycanda tibb təhsilinin xarici ölkələrin təcrübəsinə uyğunlaşdırılması təklif olunur

13.03.23 12:00 508
Azərbaycanda tibb təhsilinin xarici ölkələrin təcrübəsinə uyğunlaşdırılması təklif olunur

“Gələcəkdə tibb təhsilində olan bölgülərin (rezidentura və doktorantura) yeri müəyyənləşdirilməlidir. Çünki hazırda bəzi ölkələrdə 6 illik tibb təhsili magistraturaya bərabərdir”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rezidentura daha yuxarı pillə hesab olunur: “Hətta bəzi ölkələrdə rezidentura magistratura səviyyəsi kimi də nəzərə alınır. Bu baxımdan doktoranturaya keçid necə olacaq? Universitetimizdə bəzi ixtisaslarda rezidentura yoxdur. Həmin ixtisasları bitirən şəxs gələcəkdə doktorantura üzrə qəbul oluna bilərmi? Çünki hazırkı qanunvericilikdə həkim-mütəxəssis ifadəsi var. Ancaq 6 illik tibb təhsili alan şəxs həkim sayılsa da, mütəxəssis hesab edilmir. Yəqin ki, bu məsələlərə də baxılacaq”.

G.Gəraybəyli idarəçilik məsələsinə də toxunaraq bildirib ki, Elm və Təhsil Nazirliyinin əsasnaməsində dekanların iki dəfə seçilmə şansı var: “Bunun kafedra müdirinin seçiminə də şamil olunmasını təklif edirəm. Artıq bir nəfərin 30 il kafedra müdiri vəzifəsində çalışması dövrü geridə qalıb”.

banner

Oxşar Xəbərlər