• çərşənbə, 24 Aprel, 08:39
  • Baku Bakı 13°C

Ölkəmizdə son sutkada 2057 nəfər COVID-19-dan sağalıb

06.05.21 16:37 733
Ölkəmizdə son sutkada 2057 nəfər COVID-19-dan sağalıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib, aktiv xəstə sayı 19044 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, ötən müddət ərzində isə ümumilikdə 3 300 581 test aparılıb.
banner

Oxşar Xəbərlər