çərşənbə, 08 Fevral, 05:26

Baku Bakı 3°C

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

icon 644 icon 29 noyabr 2022 | 18:15 Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

Rəqəmsal iqtisadiyyatın Azərbaycanda formalaşdırılması və bu istiqamətdə işlərin vahid və koordinasiya edilmiş şəkildə inkişaf etdirilməsi üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın hazırlanması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin "Rəqəmsal iqtisadiyyat" şöbəsinin rəisi Cavid Abdullayev deyib.

Onun sözlərinə görə, bu strategiyanın hazırlanması istiqamətində artıq işlər görülür: "İlkin olaraq İşçi Qrupu yaradılıb və onun tərkibinə İqtisadiyyat Nazirliyinin, 4SİM-lə yanaşı, Maliyyə Nazirliyinin, Mərkəzi Bankın, Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri cəlb ediləcək. Çünki bu strategiyanın ərsəyə gəlməsi üçün burda təkcə İqtisadiyyat Nazirliyi deyil, həmçinin bütün aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınmalıdır. Bu istiqamətdə işlərimizi planlaşdırmışıq.

Rəqəmsal İqtisadiyyat Strategiyası bir sıra məsələlərə toxunacaq, amma ən əsas məsələ rəqəmsal ekosistemin qurulması və rəqəmsal iqtisadiyyatın düzgün və planlaşdırılmış şəkildə inkişaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".

C. Abdullayev bildirib ki, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır: "Artıq ilkin təhlillər və müzakirələr aparılır. İlkin olaraq bu sistemin qurulması üçün ölkəmizdə kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyatın qurulması üçün müvafiq tənzimləmələr, qanun və qaydaların hazırlanması, 4-cü Sənaye İnqilabı texnologiyaların tətbiqi, maliyyə resurslarına əlçatanlığın, müvafiq rəqəmsal xidmətlərin qurulması və inkişaf etdirilməsi və bacarıqlı insan kapitalının inkişaf etdirilməsi nəzərdə tutulur. İnsan kapitalı ilə bağlı mövzu xüsusi əhəmiyyət kəsb edir və bunula bağlı hazırda "IT Hub" adlı layihənin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir".

O bildirib ki, layihənin məqsədi Azərbaycanın regionlarında müasir texnologiyalar və rəqəmsal sahəyə marağı olan gənclərin ödənişsiz olaraq IT kurslarla təmin olunması istiqamətində dəstək verməkdir: "Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycanın əməkdaşlığı çərçivəsində həyata keçirilir".