• cümə, 22 Avqust, 16:23
  • Baku Bakı 27°C

Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur

29.05.18 12:00 905
Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur
Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiya ləğv edilir.
APA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.
Yeni bəndə əsasən, "Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.
Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.
LayihəMilli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər