• cümə, 29 Mart, 16:36
  • Baku Bakı 14°C

Azərbaycanda minik avtomobillərinin istehsalı 72% azalıb

15.08.17 16:09 1141
Azərbaycanda minik avtomobillərinin istehsalı 72% azalıb
Bu ilin 7 ayında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 147 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə maşın və avadanlıqların istehsalı 19,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 19,3% artıb.
Yeddi ay ərzində fəvvarə armaturunun istehsalı 90,6%, minik avtomobillərinin istehsalı 72%, yük avtomobillərinin istehsalı 99,3% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 3,6%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 26,7% artıb.
banner

Oxşar Xəbərlər