• cümə, 19 Aprel, 12:36
  • Baku Bakı 25°C

Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur

06.05.21 12:37 577
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Azərbaycanda koronavirusa ən çox yoluxan yaş qrupu açıqlanıb.
Trend-in məlumatına görə, TƏBİB-in Departament müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, Azərbaycanda koronavirusa yoluxanlar ən çox yaşı 30-59 arasında olan şəxslərdir.
Y.Qarayeva hər kəsi karantin qaydalarına riayət etməyə çağırıb. Departament rəhbəri bildirib ki, hazırda ölkəmizdə müsbət dinamika müşahidə olunmaqdadır: "Bu nailiyyət böyük tədbirlər nəticəsində əldə olunub və hər birimiz çalışmalıyıq ki, bu nəticələri itirməyək”.

banner

Oxşar Xəbərlər