• cümə, 29 Mart, 03:30
  • Baku Bakı 7°C

Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb, 1213 nəfər yoluxub, 21 nəfər vəfat edib

01.05.21 16:37 691
Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb, 1213 nəfər yoluxub, 21 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 213 yeni yoluxma faktı qeydə alınıb, 2 104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanAPA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 320 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 291 564 nəfər müalicə olunaraq sağalıb, 4 538 nəfər vəfat edib, aktiv xəstə sayı 24220 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 692, ötən müddət ərzində isə ümumilikdə 3 253 878 test aparılıb.
banner

Oxşar Xəbərlər