• cümə axşamı, 25 aprel, 22:03
  • Baku Bakı 21°C

Azərbaycana təyyarə ilə səfər edən sərnişinlər “Özünütəcrid barədə bəyannamə” dolduracaqlar

01.05.21 19:45 1109
Azərbaycana təyyarə ilə səfər edən sərnişinlər “Özünütəcrid barədə bəyannamə” dolduracaqlar
Azərbaycana uçuş edən təyyarələrdəki sərnişinlər aviadaşıyıcılar tərəfindən paylanan "Özünütəcrid barədə bəyannamə”ni doldurmalıdır.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ında etdiyi dəyişiklikdə əksini tapıb.
Aviadaşıyıcılar sərnişinlərə Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verməlidirlər. Sərhəd nəzarəti zamanı sərhəd nəzarəti orqanı sərnişinlər tərəfindən doldurulmuş Bəyannamələri toplayacaq.

banner

Oxşar Xəbərlər