• cümə, 29 Mart, 19:33
  • Baku Bakı 14°C

Azərbaycana müvəqqəti idxal olunan mallara görə ƏDV ödənilmir

14.10.17 09:20 2213
Azərbaycana müvəqqəti idxal olunan mallara görə ƏDV ödənilmir
Sərgidə nümayiş etdirmək məqsədilə rezident müəssisə tərəfindən Azərbaycan Respublikasına müvəqqəti idxal olunan mallara görə ƏDV öhdəliyi yaranırmı?
Vergilər Nazirliyinin Media və Kommunikasiya MərkəzindənAZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.
Müvəqqəti idxal istisna olmaqla, gətirilmiş malların təqdim edilməsi ümumi qaydada ƏDV-yə cəlb olunur. İdxal edilmiş mallar, o cümlədən müvəqqəti idxal şəklində idxal edilmiş mallar hesabat dövründə təqdim edilmədiyi halda, vergi ödəyicisi bu barədə vergi orqanının tələbi ilə zəruri olan məlumatları və sənədləri vergi orqanına təqdim etməlidir.
banner

Oxşar Xəbərlər