• cümə axşamı, 25 aprel, 14:49
  • Baku Bakı 23°C

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT

16.10.17 16:47 2726
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Azərbaycan və Ermənistan xarici işlər nazirləri vəATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb.
XİN-dənAPA-ya daxil olan bəyanatda deyilir: "Ermənistan Respublikasının PrezidentSerj Sarkisyanvə Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevCenevrədə, İsveçrə zirvə görüşü keçirdilər.ATƏTMinsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Şofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziriElmar Məmmədyaroviştirak etdilər. Zirvə görüşünəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatıldı.
Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".
banner

Oxşar Xəbərlər