• cümə, 29 Mart, 01:58
  • Baku Bakı 7°C

Azərbaycan universitetlərinin “Brend tələbələr”i

13.01.23 17:50 617
Azərbaycan universitetlərinin “Brend tələbələr”i

Azedu Təhsil Portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”in siyahısını tərtib edib.

“Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib. Təsdiqlənən siyahı sonda redaksiyaya göndərilib.

Şərtlərə əsasən, hər universitet tərəfindən təklif olunan 10 tələbə professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasını qazanmalı və meyarlara cavab verməlidir.

Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçiriblər.

 MEYARLAR

Universitetə gətirdiyi yenilik, yeni çağrışlarla bağlı yanaşmaları;
 Sosial şəbəkələrdə məqsədli və faydalı aktivlik dərəcəsi;
 Xüsusi analitik qabiliyyəti və natiqlik keyfiyyətləri;
 Universitetin ictimai həyatında aktivlik və kommunikabellilik;
 Xarici universitetlərlə (tələbə və professor -müəllim heyəti ilə) əməkdaşlıq;
 Nəzəriyyə ilə yanaşı, praktik səviyyədə inkişaf. İxtisası üzrə istehsalat göstəriciləri;
 Beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik;
 Milli məsələlər, dövlətçilik mövqeyinin prinsipial şəkildə qorunması;
 Liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi;
 Universitetin nüfuzunu yüksəldən ideyalarla çıxış etməsi və bunu gerçəkləşdirməsi;
 Xarici dil bilgisi, idman, musiqi bacarğı;
 Dərsdənkənar məşğuliyyətdə faydalılıq;
 Yuxarıdakı şərtlərin ən azı  70 faizinə cavab verməyən tələbə “Brend Tələbə” olaraq təklif edilməyib.

Qeyd edək ki, ilkin mərhələdə universitetlər tərəfindən təqdim edilən tələbələrin informasiya bazaları portalda yaradılacaq xüsusi bölmədə yerləşdirilir. Onların uğur hekayələri, fərdi bacarıq göstəriciləri gənc nəslə örnək məqsədilə geniş şəkildə təbliğ ediləcək.

banner

Oxşar Xəbərlər