AZE | RUS | ENG |


"Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı keçirilir

Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə  ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı başlayıb. 
 
APA-nın xəbərinə görə, konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Kastamonu Universitetinin  rektoru Seyit Aydın və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov iştirak edib. 
 
Erkan Özoral bildirib ki, bəzi qüvvələr Türkiyə və Azərbaycanın eyni kökdən olduğunu unutdurmağa çalışır: "Tariximizi birlikdə araşdırmasaq, bu işi başqalarına həvalə etsək, yalan tarix ortaya çıxacaq. Biz bir ağacın iki qoluyuq, bir atanın iki oğluyuq. Türkiyə və Azərbaycan xalqı bir-birini çox yaxşı tanıyır, amma bizim münasibətdə əskik olan bir şey var. Biz bir-birimizi yaxşı tanımağa rəğmən, dərinliyə gedə bilməmişik. İki ölkənin tarix və mədəniyyətindəki ortaq yönləri  araşdırmağı başqasına həvalə etsək, öz istədikləri kimi yazmağa çalışarlar. Belə olanda da Qubanın ağ alması Iğdırın ağ alması, Məhəmməd peyğəmbər Mehmet olar və hətta Nuru Paşanın o vaxt Bakıya qızıl üçün gəldiyini deyənlər də var.  Biz böyük zülmə məruz qalmış millətik və bunları ortaya  çıxarmağımız lazımdır. Düşmənlərimiz türklüyü yox etməyə çalışırlar. Buna görə, keçmişi öyrənək ki, gələcəyə sahib çıxaq. Azərbaycan ən çox şəhidimizin olduğu ölkədir. Biz Azərbaycan torpaqlarının müdafiəsini öz vətənimizin müdafiəsi kimi görürük. Bu gün Qarabağ şəhidlərinin Türkiyə şəhidlərindən heç bir fərqi yoxdur”.
 
S. Aydın deyib ki, dili, tarixi və mədəniyyəti bir olan iki dövlətin ortaq tarixini, ortaq gələcəyini cızmaq üçün birgə gerçəkləşdirilən elmi fəaliyyətlərin əhəmiyyəti çoxdur. 
 
İlham Mədətov Türkiyə və Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
 
Konfrans bölmə iclaslarında davam etdirilib. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6292
GBP 1 İngilis funt sterlinqi 2.2935
TRY 1 Türk lirəsi 0.4397
KWD 1 Küveyt dinarı 5.6281
SEK 1 İsveç kronu 0.2002
EUR 1 Avro 1.9995
CHF 1 İsveçrə frankı 1.7079
USD 1 ABŞ dolları 1.7000