AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan səfiri Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycan səfiri Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb

Cəmiyyət
20 Aprel 2021, 14:15 654
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Əmcəd Xan Niyazi ilə görüşüb.
 
APA-nın "Radio Pakistan"a istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər, müdafiə sahəsində əməkdaşlıq və regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.
 
Səfir Əli Əlizadə bildirib ki, Pakistan Hərbi Dəniz Qüvvələri dünya ölkələrini "Sülh Təlimləri" adlı platformaya toplayıb və bu, təqdirəlayiqdir.