• cümə, 19 Aprel, 06:35
  • Baku Bakı 13°C

Azərbaycan sahibkarları “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar

23.01.23 11:45 614
Azərbaycan sahibkarları “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar

Müxtəlif sektorlarda fəaliyyət göstərən 30-dan çox sahibkar “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, KOB evinin rəhbərliyi “Marsol” MMC-nin üzvü olan biznes subyektlərinə sahibkarlar üçün yaradılmış imkanlar, o cümlədən “G2B” və “B2B” xidmətlər, Startap İnkişaf Mərkəzi, mediasiya məkanı və təlim otaqları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, dövlət qurumları və özəl şirkətlərin sahibkarlara göstərdiyi xidmətləri vahid məkanda toplaması biznes subyektlərinin vaxtına və xərclərinə qənaət etməyə imkan verəcək.

Sahibkarlar “Bakı KOB evi”ndə onlar üçün yaradılmış şəraitdən məmnunluqlarını bildirib, KOB evinin xidmətlərindən fəal istifadə edəcəklərini qeyd ediblər. Daha sonra onların sualları cavablandırılıb.

banner

Oxşar Xəbərlər