• cümə axşamı, 28 mart, 23:50
  • Baku Bakı 13°C

Azərbaycan qızıl istehsalını 3,2 dəfə artırıb

15.08.17 14:01 1345
Azərbaycan qızıl istehsalını 3,2 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 3 605 kq qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin 7 ayı ilə müqayisədə 3,2 dəfə çoxdur. Nəticədə bu ilin avqustun 1-nə 36,5 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 7 ayı ərzində ölkədə 204,7 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 7% azdır. Nəticədə bu ilin avqustun 1-nə 19,6 kq hazır məhsul ehtiyatı yaranıb.

banner

Oxşar Xəbərlər