• cümə, 29 Mart, 15:52
  • Baku Bakı 14°C

Azərbaycan qaz ixracını kəskin artırıb

16.04.21 15:15 1088
Azərbaycan qaz ixracını kəskin artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 867 067,72 min ABŞ dolları dəyərində 6 165 450,44 min kubmetr təbii qaz ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin ilk rübü ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,4 dəfəyə yaxın, həcmi isə 4,4 dəfə artıb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan 2 190 522,13 min ABŞ dolları dəyərində 12 424 490,44 min kubmetr təbii qaz ixrac edib. Ötən il ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,44%, həcmi isə 0,9% azdır.

banner

Oxşar Xəbərlər