• cümə, 29 Mart, 13:55
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub

24.09.17 12:54 1249
Azərbaycan prezidenti Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub
Bu gün Azərbaycan prezidentiİlham ƏliyevNeftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, səhiyyə naziriOqtay Şirəliyevdövlətimizin başçısına Mərkəzi Rayon Xəstəxanasında aparılan yenidənqurma işləri barədə məlumat verib.
Bildirilib ki, xəstəxananın binası 1989-cu ildə inşa olunub. Ümumi ərazisi 5 hektar olan Mərkəzi Rayon Xəstəxanasının yenidənqurma işlərinə 2013-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb. Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyə, travmatologiya, terapiya, doğum, qadın məsləhətxanası, pediatriya, intensiv terapiya, infeksion xəstəliklər, anesteziologiya, reanimatologiya, hemodializ, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, poliklinika, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Burada 620 tibb işçisi çalışacaq. Onların 82-si həkim, 249-u orta tibb işçisidir.
Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezidentİlham Əliyevəhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib. Prezidentİlham ƏliyevSəhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış olub.
banner

Oxşar Xəbərlər