• cümə, 19 Aprel, 02:48
  • Baku Bakı 18°C

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

12.08.17 09:10 1515
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib
Avqustun 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə start verilib.
AZƏRTACxəbər verir ki, mövsümün açılış oyununda son çempion "Qarabağ” klubu ilə "Neftçi” komandası ilə üz-üzə gəlib. "Bakcell Arena”da keçirilən görüşdə "Qarabağ” rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Son çempionun heyətində Mahir Mədətov dubl edib, komandanın üçüncü qoluna isə Dino Ndlovu imza atıb. Ağdamlıların yarımmüdafiəçisi Rahid Əmirquliyev isə avtoqol müəllifi olub.
banner

Oxşar Xəbərlər