• cümə, 19 Aprel, 11:06
  • Baku Bakı 13°C

Azərbaycan Ordusu çox böyük uğura imza atıb

13.04.21 23:15 593
Azərbaycan Ordusu çox böyük uğura imza atıb
Həqiqətən də Azərbaycan Ordusu çox böyük uğura imza atıb. Erməni ordusuna məxsus çox sayda hərbi texnika, tank, ağır silahlar qənimət kimi ələ keçirilib.
AZƏRTACxəbər verir ki, bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı Maltəpə Universitetinin professoru Hasan Ünal deyib.
Professor bildirib ki, Hərbi Qənimətlər Parkında dronlar tərəfindən məhv edilən tanklar, ağır silahlar və zirehli maşınlar var. Bu, Azərbaycanın Zəfərinin, əslində, nə qədər böyük olduğunu göstərir. Belə ki, İkinci Dünya müharibəsində yaşananları xatırlasaq, işğal altındakı torpaqlarını müasir silahlardan istifadə edərək, mülki insanlara maksimum şəkildə zərər vermədən 44 gündə möhtəşəm uğura imza ataraq geri qaytara bilən ikinci dövlət yoxdur.
"Eyni zamanda, bu Qələbə Azərbaycan üçün böyük psixoloji üstünlükdür. İllər idi ki, ermənilər öz ordularının məğlubedilməzliyi ilə bağlı mif yayırdılar. Bunun doğru olmadığı üzə çıxdı. Hazırda Ermənistan buna görə də böyük travma yaşayır. Bu travma çox güman ki, hələ uzun çəkəcək. Azərbaycan lazımi addımlar atır, bölgədə əməkdaşlığı inkişaf etdirir. Ermənistan adekvat tədbirlər görməsə də, Azərbaycan öz yoluna davam edəcək və rəsmi İrəvanı gözləməyəcək”, - deyə Hasan Ünal bildirib.
banner

Oxşar Xəbərlər