• cümə, 29 Mart, 12:59
  • Baku Bakı 14°C

Azərbaycan millisinə 24 futbolçu çağırılıb

28.09.17 15:46 2526
Azərbaycan millisinə 24 futbolçu çağırılıb
Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son qarşılaşmaları üçün 24 futbolçuya ehtiyac duyub.

Komandamız oktyabrın 5-də Bakıda Çexiya, 3 gün sonra Kayzerslauterndə Almaniya ilə qarşılaşacaq.

Xorvatiyalı mütəxəssis sentyabrda keçirilən seçmə oyunlara dəvət etdiyi heyətdə cüzi dəyişikliklər edib. Zədəli Səlahət Ağayevi Emil Balayevlə əvəzləyən Prosineçki Ağabala Ramazanova da "24-lük”də yer verməyib.

Qapıçılar:Kamran Ağayev ("Mlada Boleslav”, Çexiya), Anar Nəzirov ("Zirə”), Emil Balayev ("Səbaıl”);

Müdafiəçilər:Tərlan Quliyev ("İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı "Qarabağ”), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyəv, Ruslan Abışov (hər ikisi "Neftçi”), Ürfan Abbasov ("Qəbələ”);

Yarımmüdafiəçilər:Rahid Əmirquliyev, Qara Qarayev, Mahir Mədətov, Əfran İsmaylov, Riçard Almeyda (hamısı "Qarabağ”), Dmitri Nazarov ("Aue”, Almanya), Təmkin Xəlilzadə ("Zirə”), Cavid Hüseynov (" Qəbələ”), Araz Abdullayev ("Anortosis”, Kipr) Namiq Ələsgərov ("Neftçi”);

Hücumçular:Ruslan Qurbanov ("Qəbələ”), Ramil Şeydayev ("Qarabağ”), Renat Dadaşov ("Ayntraxt”, Almanya).
banner

Oxşar Xəbərlər