• cümə axşamı, 25 aprel, 23:43
  • Baku Bakı 21°C

Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atıb

28.04.21 22:15 606
Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atıb
Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atıb.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, aprel ayının 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasına cənab Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin artan nüfuzunun və ölkə başçımıza dünyada göstərilən yüksək diqqət və ehtiramın növbəti təzahürüdür. Cənab Prezident Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının sessiyasında çıxışı zamanı bir çox mühüm məqamlara toxunub. Ölkə başçısı çıxışında Azərbaycanın Ermənistanın işğalçı siyasətinə son qoyulması, işğaldan azad olunmuş ərazilərimizin erməni faşistləri tərəfindən yerlə-yeksan edilməsi, regionda yaranmış yeni inkişaf imkanları haqqında məsələlərə toxunmuş, həmçinin Azərbaycanın pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi sahəsindəki gördüyü işlər haqqında məlumat vermişdir:
"Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.Əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur. Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir.
Məhz cənab Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsində ilk ölkələrdən olmuşdur. Pandemiya ilə qlobal mübarizədə fəal mövqe nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Azərbaycanın təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Bütün bunlar Azərbaycanın beynəlxalq məsuliyyətini qəbul etdiyinin, humanizm və insanpərvərlik prinsiplərini rəhbər tutduğunun bir təzahürüdür.
Sessiyada cənab Prezident vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsünün qlobal təhdid yaradan tendensiya olduğunu da xüsusi vurğulamışdır:"vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib”.
Deputat bildirib ki, Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.
banner

Oxşar Xəbərlər