• çərşənbə axşamı, 23 aprel, 18:16
  • Baku Bakı 20°C

Azərbaycan-Fransa ekspedisiyası arxeoloji araşdırmalara başlayıb

16.08.17 11:55 887
Azərbaycan-Fransa ekspedisiyası arxeoloji araşdırmalara başlayıb
Avqustdan etibarən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə araşdırmalar Mərkəzinin tədqiqatçısı, arxeoloq, doktor Catherine Marronun rəhbərliyi ilə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji araşdırmalara başlayıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan APA-ya verilən məlumata görə, beynəlxalq arxeoloji ekspedisiyanın əsas məqsədi qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesi və qədim insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdən ibarətdir.
V. Baxşəliyevin sözlərinə görə, tədqiqat mövsümünün ilk günlərindən Eneolit dövrünün erkən mərhələsinə aid yaşayış yerinin aşkar olunması olduqca maraq doğurub: "Yaşayış yerinin keramika məmulatı arasında boyalı qablar da var. Maddi-mədəniyyət nümunələri ölkəmizin qədim sakinlərinin Yaxın Şərq ölkələri ilə əlaqələrini öyrənməyə, Eneolit dövrünün ardıcıl inkişaf mərhələlərini müəyyənləşdirməyə imkan verir. Tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin bir qismi obsidian alətlərdən ibarətdir. Hazırda araşdırmalar davam etdirilməkdədir”.
banner

Oxşar Xəbərlər