• şənbə, 20 Aprel, 11:25
  • Baku Bakı 14°C

Azərbaycan filmləri Kazan film festivalında nümayiş ediləcək

07.08.17 22:10 2138
Azərbaycan filmləri Kazan film festivalında nümayiş ediləcək
Azərbaycan filmləri sentyabrın 5-11-dəTatarıstan paytaxtında keçiriləcək XIII Kazan Beynəlxalq Müsəlman Film Festivalında nümayiş olunacaq.
"Report" festivalın saytına istinadən xəbər verir ki, qısametrajlı filmlər proqramında Azərbaycan və İranın birgə istehsalı olan "Səs" filmi təqdim olunacaq.
Qısametrajlı sənədli film proqramında isə Teymur Daiminin "Bu sevgidir" filmi müsabiqəyə qatılacaq.
Bundan əlavə, müsabiqənin münsiflər heyətində azərbaycanlı kinotənqidçi Ülvi Mehdi də təmsil olunacaq. O, ən yaxşı qısa və tam metrajlı sənədli filmlərin seçimindəqərar verəcək.
banner

Oxşar Xəbərlər