• şənbə, 20 Aprel, 05:50
  • Baku Bakı 15°C

Azərbaycan cüdoçuları Avropa Olimpiya Festivalında daha bir medal qazanıblar

29.07.17 11:15 1387
Azərbaycan cüdoçuları Avropa Olimpiya Festivalında daha bir medal qazanıblar
Macarıstanda yeniyetmələrin Avropa Olimpiya festivalında cüdo üzrə fərdi yarışlara yekun vurulub.
"Report" xəbər verir ki, bu mötəbər yarışda mübarizə aparan yeniyetmələrdən ibarət Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
Oğlanların mübarizəsində 90 kq çəki dərəcəsində yarışan Adil Kərimli Avropa Olimpiya festivalının bürünc medalını qazanıb.
Yarışların ilk günü cüdoçumuz Vüsalə Kərimova gümüş medala sahib olub.
banner

Oxşar Xəbərlər