bazar ertəsi, 30 yanvar, 08:19

Baku Bakı 6°C

Avropada təbii qazın qiyməti 1660 dolları ötüb

icon 379 icon 01 dekabr 2022 | 13:30 Avropada təbii qazın qiyməti 1660 dolları ötüb

Avropada təbii qazın qiyməti oktyabrın ortalarından bəri ilk dəfə 1660 ABŞ dollarını ötüb.

Bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın yanvar fyuçersləri ticarətə 1000 kubmetr üçün 1610,8 ABŞ dolları (+2,8 %) səviyyəsində başlayıb. Daha sonra təbii qazın qiyməti 6,3 % artaraq 1665,9 ABŞ dolları təşkil edib.