• cümə, 19 Aprel, 14:48
  • Baku Bakı 25°C

Avropa təsnifat turnirində Azərbaycanı 3 taekvondoçu təmsil edəcək

06.05.21 19:00 892
Avropa təsnifat turnirində Azərbaycanı 3 taekvondoçu təmsil edəcək
Mayın 7-də Bolqarıstanda taekvondo üzrə Tokio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri start götürəcək.
AZƏRTACxəbər verir ki, paytaxt Sofiyada təşkil ediləcək yarışda Azərbaycanı baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə üç idmançı təmsil edəcək. Kişilərin yarışında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev gücünü sınayacaq. Qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.
Yarışlar mayın 8-dək davam edəcək.
Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
banner

Oxşar Xəbərlər