Avropa ölkələri sərhədlərini bağlayır

Yeni miqrasiya böhranı Avropa üçün ən iri və mürəkkəb problemə çevrilir
Miqrasiya məsələsi Avropa üçün ciddi problemlərə yol açmaqdadır. Avropa İttifaqı Almaniyanın rəhbərliyi altında miqrasiya probleminə ümumi yanaşma işləyib hazırladığı və Avropanın xarici sərhədlərinin təhlükəsizliyini təmin etməyə hazırlaşdığı bir vaxtda qurum üzvləri öz ərazilərində vəziyyətin yumşaldılması ilə bağlı müəyyən addımlar atmağa başlayıblar. Miqrasiya siyasətinin sərtləşdirilməsi ilə əlaqədar onilliklər ərzində miqrant axınının populyar olduğu məntəqələrdə İsveç, Norveç, Finlandiya və Danimarka sərhəd nəzarəti tətbiq etməyə başlayıb. Aİ-nin bir sıra üzvlərinin, məsələn, miqrasiyanın qarşısını almaq üçün sərhədlərdə sədlərin inşası, eləcə də köçüb gələnlər üçün sığınacağın verilməsi qaydalarını sərtləşdirməsi Avropadakı ümumi atmosferə təsirsiz ötüşmür, yeni sərt debatlara səbəb olur.
Domino effekti
Bu zaman belə qərarlar domino effekti yaradır. Məsələn, Macarıstan Xorvatiya və Serbiya ilə sərhəddə sədlər quraşdıran və miqrasiya qaydalarını sərtləşdirən zaman miqrantlar alternativ marşrut seçdilər - Sloveniya ərazisindən keçməyə başladılar. O da öz növbəsində Xorvatiya ilə sərhəddə sədlər çəkdi. Analoji domino effekti sərhəd nəzarəti sisteminin bərpasında da müşahidə edilir. Ötən ilin sentyabrında Almaniya miqrasiya böhranından sonra müvəqqəti olaraq sərhəddə nəzarəti bərpa etdi. Berlinin atdığı addımın ardınca Avstriya, Sloveniya, Macarıstan, Malta, İsveç, Fransa və Norveç də analoji qərarlar qəbul etdilər. Həftənin əvvəlində sərhəd nəzarətini bərpa edən Avropa İttifaqı və Şengen üzvü olan ölkələrin sırasına Danimarka da qoşuldu. Bu ölkənin baş naziri Larsa Lyekke Rasmussenin sözlərinə görə, ilkin olaraq sərhəddə pasport nəzarəti sistemi 10 gün ərzində qüvvədə olacaq. Lakin Şengenin mövcud qaydaları bu müddəti yarım ilə kimi uzatmağa imkan verir. “Avropanın digər şimal dövlətlərinin sərhədlərini bağlamaları Danimarka üçün ağır nəticələrə səbəb olur və ölkəyə həddən artıq qaçqınlar gətirə bilər” - deyə “AFR” Rasmussendən sitat gətirir. Baş nazir bununla İsveçin Danimarka ilə sərhəddə nəzarəti bərpa etməsinə işarə etdiyini bildirib. “Biz sadəcə, İsveçin qərarına reaksiya veririk. Müvəqqəti sərhəd nəzarətini reallaşdırırıq, lakin bunu balanslaşdırılmış həyata keçiririk. Bu, elə də şən, sevincli günlər deyil” - deyən Rasmussen əlavə edib ki, yeni miqrasiya böhranı bütün Avropa üçün ən iri və mürəkkəb böhran deməkdir. İsveçlə sərhəddə nəzarətin bərpa edilməsi o deməkdir ki, bütün səyahət edənlər üzərində şəkilləri olan vəsiqə göstərməli olacaqlar.
“Bütün bu ideya - gülünc və cəfəngiyyatdır. Bu kiçik plastırın böyük bir yaranın üzərini bağlamaq cəhdidir” - deyə iki ölkə arasında mütəmadi səfərlər edən Nikolas Bin adlı britaniyalı “The Local” internet portalına bildirib. Danimarka və Almaniya sərhədləri arasında nəzarət müəyyən bir seçim qaydası ilə həyata keçirilir. Baş nazirin sözlərinə görə, Danimarka sərhəd nəzarəti həyata keçirən sonuncu ölkə olmayacaq: “Əgər Aİ öz xarici sərhədlərini qorumaq imkanına malik olmasa, bir çox ölkələr öz daxili sərhədləri boyu nəzarət sistemi quraşdıracaqlar”. Almaniya Danimarkanın Aİ-nin xarici sərhədlərinin mühafizəsi üçün vahid strategiyanın olması ilə bağlı səsləndirdiyi bəyanata dərhal reaksiya verib. “Azad hərəkət etmək prinsipi əhəmiyyətlidir və bu, Aİ-nin son illər ərzində əldə etdiyi ən böyük nailiyyətidir” - deyə AFR-ə müsahibəsində Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şeffer bəyan edib. “Şengen çox əhəmiyyətlidir, lakin təhlükədədir” - deyəxanım rəsmi əlavə edib.
Miqrasiya siyasəti
Son yarım il ərzində İsveçin miqrasiya sistemi həddən artıq diqqəti cəlb edib. Əgər ötən ilin sentyabrında bu ölkənin baş naziri Stefan Lyeven isveçliləri ürəklərini qaçqınlar üçün geniş şəkildə açmağa çağırırdısa, artıq üç ay sonra, daha dəqiq desək, 80 min miqrant ölkə ərazisində peyda olduqdan sonra bu fikrini daha təkrar etmədi. Hökumət başçısı parlament üzvləri qarşısında etiraf etdi ki, İsveç beynəlxalq sığınacaq üçün müraciət edənləri qəbul etməyə qadir deyil. “Vəziyyət ağlasığmaz dərəcədə dəyişib və ölkəyə fasilə gərəkdir” deyə hökumət başçısı bəyan edib. Əgər ötən il Danimarka 18 min miqrantın sığınacaq üçün müraciətinə müsbət cavab veribsə, İsveçdə bu rəqəm 160 min təşkil edib. Bu isə Avropada adambaşına düşən ən yüksək göstəricidir. Xüsusən on minlərlə uşağın müşayiətsiz ölkəyə gəlməsini də qeyd etmək gərəkdir. Norveç və Finlandiyada isə Rusiya ərazisində olan Suriya, Əfqanıstan və İraqdan olan miqrantların müraciətləri diqqət mərkəzinə düşdü. Velosipedlərlə ölkə ərazisinə gələnlər sərhəddə əsl velosiped böhranı yaratdılar. Nəticədə Finlandiya Rusiya ilə sərhəddə iki məntəqədə qadağalar tətbiq etdi. 10 dərəcə şaxtada sərhəddə yığılan bu insanlar hər iki ölkə üçün başağrısına çevrildilər. Düzdür, Aralıq dənizi ilə qayıqlarla keçmək təhlükəsindənsə bu marşrut daha təhlükəsiz hesab edilir. Özü də yol uzun olsa da, ucuz, tez və təhlükəsiz başa çatır.
“Wall Street Journal” suriyalı müəllimin keçdiyi yolu təsvir edib. 31 yaşlı Hamah adlı müəllim Suriyadan Livana qaçıb, oradan isə Moskvaya viza alıb. Sonra isə Murmanska gəlib və taksi ilə Norveç sərhədinə qədər gəlib. Buradan da velosiped ilə sərhədə qədər gəlib çıxıb. Və müraciətindən sonra Norveç hakimiyyət orqanları ona sığınacaq veriblər. Bəs nə üçün velosiped? Belə ki, beynəlxalq qanunvericiliyə görə, sərhədi bu ərazidən piyada keçmək olmaz. Taksi və avtobusla keçmək isə həmin avtomobil sahiblərinə miqrantları qanunsuz keçirmək ittihamının irəli sürülməsinə səbəb ola bilər. Bu səbəbdən də velosiped üzərində dayanılır. Maraqlıdır ki, Rusiya ərazisində velosipedə tələbat o qədər olub ki, adi uşaq velosipedləri üçün bir neçə yüz dollar ödəməli olursan. Hamaha Norveçə gedib çıxmaq 2400 dollara başa gəlib. Halbuki, Aralıq dənizindən Şimali Avropaya gedib çıxmaq həddən artıq baha başa gəlir. Tək bir saxta pasport düzəltməyə 12 min dollar sərf edilir.
Beləliklə, Avropa vəziyyətdən çıxış yolunu daxili sərhədlərini bağlamaqda görür. Bu isə ümumavropa ailəsi anlayışının sonu demək ola bilər.
Kamran