• cümə, 19 Aprel, 20:10
  • Baku Bakı 24°C

“Avro-2020-nin Könüllü Kuboku” turnirində 16 komanda mübarizə aparacaq

18.04.21 09:45 771
“Avro-2020-nin Könüllü Kuboku” turnirində 16 komanda mübarizə aparacaq
AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan könüllü təşkilatları arasında futbol üzrə "Avro-2020-nin Könüllü Kuboku” turniri keçiriləcək.
AZƏRTACAFFA-ya istinadla xəbər verir ki, "Avro-2020-nin Könüllülər Proqramı” çərçivəsində təşkil olunacaq turnirdə Azərbaycan könüllü təşkilatlarının 16 komandası mübarizə aparacaq.
Aprelin 20-də start veriləcək yarışın Bakı Olimpiya Stadionunun Mətbuat konfransı zalında püşkatma mərasimi təşkil olunub. Püşkatmada "Avro-2020”nin rəsmi səfiri Vəli Qasımov, turnirin könüllülərinin səfiri Taleh Yüzbəyov və AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə iştirak ediblər.
Qeyd edək ki, turnirin tərəfdaşları Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır.
banner

Oxşar Xəbərlər