• çərşənbə, 24 Aprel, 23:39
  • Baku Bakı 23°C

Atıcılıq üzrə Avropa çempionu: Bakıdan xoş təəssüratlarla ayrılacağam

28.07.17 20:22 1607
Atıcılıq üzrə Avropa çempionu: Bakıdan xoş təəssüratlarla ayrılacağam
Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatında daha 4 dəst medal sahibini tapıb. Apasport.az saytının məlumatına görə, iyulun 21-də start götürən çempionatın 7-ci günündə kişilər və oğlanlar stend, qadınlarla qızlar güllə atıcılığında qüvvəsini sınayıb.

Xanım snayperlər tüfənglə 50 m məsafədən üç vəziyyətdə hədəfə nişan açmaqda həm böyüklər, həm gənclər arasında ən güclüləri müəyyənləşdiriblər. Böyüklər və gənclər arasında yarışların keçirildiyi trapda da mükafatçılar bəlli olub.

Azərbaycan yığması yalnız stend atıcılığında təmsil olunub. Əli Hüseynli, Ramil Rüstəmzadə, Tamerlan Məmmədov, Mirzə Bəşirov böyüklərin, Birmömün Ağazadə, Vaqif Məmmədov, Sabir Mehdizadə isə gənclərin yarışında hədəf önünə keçib. Lakin idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib.

Dünən qadınlar və qızlar arasında 25 m məsafədən atəş açmaqda ən güclülər də müəyyənləşib. Azərbaycan idmançısı Zərifə Qasımova da hədəf önünə çıxıb. 300 mümkün xaldan 283-nü yığan snayperimiz qadınların yarışında 38 idmançı arasında 29-cu olub. O, final mərhələsinə yüksələ bilməyib.

Qitə çempionu adına almaniyalı Monika Karç yiyələnib. Qızların mübarizəsində isə Bolqarıstan idmançısı Miroslava Minçeva qızıl medala sahib çıxıb.
Monika KarçAZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycanda bütün yarışlar yüksək səviyyəli təşkilatçılığı ilə seçilib: "Çox sevinirəm ki, Bakıda qələbə qazandım. Bu qələbəmi dostlarıma həsr edirəm”.
Bakıya ilk dəfə səfər etdiyini bildirən M.Karç yüksək səviyyədə təşkil olunan çempionatın gərgin idman mübarizəsi şəraitində keçdiyini diqqətə çatdırıb: "Rəqiblərim çox güclü idi. Titullu idmançılara qarşı mübarizə apardım və sonda sevinən tərəf mən oldum. Bakıdan xoş təəssüratlarla ayrılacağam. Bakıya yenidən qayıtmağı düşünürəm. Çünki burada istirahət etmək üçün gözəl şərait var”.
banner

Oxşar Xəbərlər