AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AŞPA Prezidenti bəzi ölkələrin koronavirusdan sui-istifadə etdiyini bildirib

AŞPA Prezidenti bəzi ölkələrin koronavirusdan sui-istifadə etdiyini bildirib

Təfsilat
19 Aprel 2021, 15:15 924
"COVID-19 bizim fundamental azadlığımıza, günlük həyatımıza çox təsir göstərib. Ancaq bəzi üzv ölkələr sanitar səbəblərdən başqa, sui-istifadə hallarından istifadə edərək, insanların azadlıqlarını daha da məhdudlaşdırıb”.
 
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri AŞPA Prezidenti Rik Daems bu gün qurumun yaz sessiyasının açılışında deyib.
O qeyd edib ki, AŞPA bu problemləri təkcə müzakirə etmək yox, həm də həll etmək, həmin ölkələrlə birgə işləmək məqsədi güdür.

R. Daems bildirib ki, koronavirusa görə AŞPA-nın komitə sədrləri 15 aydır, nə hibrid formada, nə də üzbəüz hər hansı görüş keçirib.