• çərşənbə, 24 Aprel, 21:06
  • Baku Bakı 23°C

Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri müəyyən olundu

01.02.23 16:25 1579
Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri müəyyən olundu

Aşıq Ələsgərin abidəsi ilə bağlı elan olunmuş heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub.

Bu barədə Kaspi.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, heykəltaraşlıq müsabiqəsinə ölkəmizin heykəltəraşları tərəfindən 13 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.

Qaliblərin siyahısı təqdim olunur: 1-ci yer Natiq Əliyev, 2-ci yer Xanlar Əhmədov və 3-cü yer Kamran Əsədovdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin edilməsi məqsədilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən heykəltəraşlıq müsabiqəsi keçirilib.

banner

Oxşar Xəbərlər