• cümə axşamı, 25 aprel, 05:44
  • Baku Bakı 19°C

Aqrar Sığorta sistemi şəbəkəsini genişləndirir

06.10.22 16:02 798
Aqrar Sığorta sistemi şəbəkəsini genişləndirir

Lənkəran-Astara iqtisadi rayonunda fermerlərin dövlət dəstəkli aqrar sığorta xidmətlərindən istifadəsini asanlaşdırmaq məqsədilə növbəti filial Cəlilabad şəhərində fəaliyyətə başlayıb. 
Qeyd edək ki, ölkənin cənubunda yerləşən bu iqtisadi rayona Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı inzibati rayonları daxildir. Kənd təsərrüfatında faraş tərəvəzçilik, kartofçuluq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. 


Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Lənkəran-Astara iqtisadi rayonunda bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 1918 aqrar sığorta müqaviləsi üzrə 10333 hektar əkin sahəsi sığortalanıb. Bura buğda, arpa, çəltik, çay, ərik, limon, naringi, noxud, pambıq, qarğıdalı sahələri, iri və xırda buynuzlu heyvan təsərrüfatları daxildir. Gəlirlərini qorumaq, fəaliyyətlərininin dayanıqlılığını təmin etmək məqsədilə aqrar sığorta xidmətlərindən istifadə edən fermerlərin sayı günbəgün artır. Cəlilabad şəhərinin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi ünvanda açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və oprerativ əməkdaşlıq etmək imkanı yaradacaq.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondu İdarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, payızlıq əkin mövsümünün başlaması ilə əlaqədar aqrar sığorta ilə bağlı müraciətlər artıq başlayıb. Dövlət başçısının aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verir. Getdikcə daha çox fermer Fonda güvənir və başa düşür ki, problem yarandıqda onlara köməklik göstəriləcək və problemlərlə tək qalmayacaqlar. Fəaliyyətə başladığı qısa müddətdə Fond gözləniləndən artıq fermer və təsərrüfat sahələrini əhatə edə bilib. Bu gün açılışı olan Cəlilabad filialı da fermerlərə daha yaxın olmaq, onları maraqlandıran məsələlərlə bağlı operativ kömək etmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya verməyə dəstək olacaq.  


Açılışda iştirak edən Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara iqtisadi rayonu DAİM-lərinin nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri, yerli fermerlər filialın açılışından məmnun olduqlarını, bundan sonra təsərrüfatlarını sığortalayanların sayının daha da artacağını bildiriblər.       
Fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ini əhatə etmək imkanına malik olmuşdur. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.


Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, onlara daha əlçatan olmaq məqsədilə ilin sonuna qədər daha bir neçə filialın açılışı nəzərdə tutulur.  

banner

Oxşar Xəbərlər