• cümə axşamı, 28 mart, 19:31
  • Baku Bakı 13°C

Amerikalı ekspert: “İlham Əliyevin çıxışı son 10 ildə dinlədiyim ən yaxşı çıxış idi”

22.09.17 17:10 1570
Amerikalı ekspert: “İlham Əliyevin çıxışı son 10 ildə dinlədiyim ən yaxşı çıxış idi”
BMT Baş Assambleyası Azərbaycan xalqının səsinin ucaldılması və suverenliyinin müdafiə edilməsi üçün çox vacib məkandır. BMT Baş Assambleyasının sessiyalarını izləyən biri kimi deyə bilərəm ki, Azərbaycan prezidenti İlham Əliyevin çıxışı, onun məzmunu son 10 ildə dinlədiyim ən yaxşı çıxış idi.
Bu fikirləri Azadinform-a açıqlamasında ABŞ-dan olan siyasi ekspert Peter Tase bildirib. O qeyd edib ki, erməni işğalı və insanlığa qarşı törədilmiş cinayətlər Azərbaycana dərindən təsir edib. Nəticədə Azərbaycan prezidentinin güclü bəyanatı Qafqaz regionu və dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi, BMT TŞ-in qətnamələri pozulması tarixi faktdır: "Dağlıq Qarabağ münaqişəsi BMT-nin dünyanın təhlükəsizlik problemlərini həll etməkdə uğursuzluğa düçar olduğunu göstərən nümunədir”.
O qeyd edib ki, BMT-yə üzv dövlətlərin əksəriyyəti, azadlıq sevər dövlətlər Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməli və Ermənistan hakimiyyəti tərəfindən törədilən barbarlığı tənqid etməlidir.
P. Tasenin fikrincə, müasir tarixdə bir sıra presedentlər var ki, bir çox dövlətlər Cənub-şərqi Avropadan Cənub-şərqi Asiya və Afrikaya qədər ərazilərdə münaqişələrin həllinə yardım edib: "Düşünürəm ki, BMT əvvəlki dövrlərdən fərqli olaraq zəifdir. Hesab edirəm ki, təşkilat qətnamə və normativ aktların tətbiq edilməsini təmin etmək üçün islahatlar həyata keçirməlidir”.
banner

Oxşar Xəbərlər