• cümə, 29 Mart, 05:40
  • Baku Bakı 7°C

AMEA Naxçıvan Bölməsində bir sıra nəşrlərin təqdimatı keçirilib

13.09.17 18:29 1079
AMEA Naxçıvan Bölməsində bir sıra nəşrlərin təqdimatı keçirilib
AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun "Eynəli bəy Sultanov və folklor”, həmin şöbənin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın "Hüseyn Cavid və folklor”, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın "Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun və həmin İnstitutun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifi olduğu "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək institut əməkdaşlarının son illərdə müxtəlif istiqamətlərdə sanballı еlmi əsərlər, o cümlədən dəyərli monoqrafiyalar, kitablar çap etdirdiklərini deyib. Bildirib ki, təqdimatı keçirilən dörd monoqrafiya müəlliflərin apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsidir.
Təqdimat mərasimində institutun Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov "Eynəli bəy Sultanovun yaradıcılığına həsr edilmiş qiymətli əsər”, filologiya üzrə fəlsəfə doktorları -Zülfiyyə İsmayıl, "Hüseyn Cavid yaradıcılığının folklor qaynaqlarına həsr edilmiş qiymətli əsər”, Əli Həşimov "Milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasına həsr edilmiş qiymətli əsər”, Nuray Əliyeva "Azərbaycanda İngilis dili qrammatikasının tədqiqinə həsr edilmiş layiqli əsər” mövzusunda geniş məruzə ilə çıxış ediblər.
Məruzə ətrafında Bölmənin elmi katibi Əkrəm Hüseynzadə, filologiya üzrə fəlsəfə doktorları Rəşad Zülfüqarov, Aygün Orucova və institutun əməkdaşı Vəfa Qasımova ictimaiyyətə təqdim olunan monoqrafiyaların üstün cəhətlərini tədbir iştirakçıları ilə bölüşərək müəlliflərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
banner

Oxşar Xəbərlər