AMEA Naxçıvan Bölməsində bir sıra nəşrlərin təqdimatı keçirilib
AMEA Naxçıvan Bölməsində İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun
"Eynəli bəy Sultanov və folklor”, həmin şöbənin elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Çinarə Rzayevanın "Hüseyn Cavid və folklor”, filologiya üzrə fəlsəfə
doktoru Leyla Səfərovanın "Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi
tarixi” və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru
Ramiz Qasımovun və
həmin İnstitutun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifi olduğu "Azərbaycan ədəbiyyatında milli düşüncə
konsepsiyası və Azərbaycançılıq ideologiyası” adlı monoqrafiyaların təqdimat mərasimi
keçirilib.
Tədbirdə bölmənin sədri, akademik
İsmayıl Hacıyev çıxış edərək institut əməkdaşlarının son illərdə müxtəlif
istiqamətlərdə sanballı еlmi əsərlər, o
cümlədən dəyərli monoqrafiyalar, kitablar çap etdirdiklərini deyib. Bildirib
ki, təqdimatı keçirilən dörd monoqrafiya müəlliflərin apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsidir.
Təqdimat mərasimində institutun
Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Ələkbər Qasımov "Eynəli bəy Sultanovun yaradıcılığına həsr edilmiş qiymətli əsər”,
filologiya
üzrə fəlsəfə doktorları -Zülfiyyə İsmayıl, "Hüseyn Cavid yaradıcılığının folklor qaynaqlarına həsr
edilmiş qiymətli əsər”, Əli Həşimov "Milli düşüncə konsepsiyası və Azərbaycançılıq
ideologiyasına həsr edilmiş qiymətli əsər”, Nuray Əliyeva "Azərbaycanda İngilis
dili qrammatikasının tədqiqinə həsr edilmiş layiqli əsər” mövzusunda geniş məruzə
ilə çıxış ediblər.
Məruzə ətrafında Bölmənin elmi
katibi Əkrəm Hüseynzadə, filologiya üzrə fəlsəfə doktorları Rəşad
Zülfüqarov, Aygün Orucova və
institutun əməkdaşı Vəfa Qasımova ictimaiyyətə təqdim olunan monoqrafiyaların
üstün cəhətlərini tədbir
iştirakçıları ilə bölüşərək müəlliflərə gələcək
elmi fəaliyyətlərində uğurlar
arzulayıblar.