• cümə, 26 Aprel, 16:00
  • Baku Bakı 23°C

Almaniya azərbaycanlıları İrandakı səfirlikdə törədilən terrorla bağlı bəyanat yayıb

30.01.23 17:45 684
Almaniya azərbaycanlıları İrandakı səfirlikdə törədilən terrorla bağlı bəyanat yayıb

Almaniyada yaşayan soydaşlarımız Azərbaycanın İrandakı Səfirliyində törədilmiş terror aktı ilə əlaqədar bəyanat yayıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Münhen Azərbaycan Evi, Alman- Azərbaycan Dostluq Mərkəzi və Alman-Azərbaycan Dostluq Körpüsünün yaydığı bəyanatlarda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib. Diaspor təşkilatları alman ictimaiyyətini və beynəlxalq birliyi bu qanlı terror hadisəsinə görə etiraz səsini ucaltmağa, regionda sabitliyi pozmağa yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlər görməyə çağırıblar.

banner

Oxşar Xəbərlər