• cümə, 19 Aprel, 00:33
  • Baku Bakı 18°C

Ali məktəblərə imtahansız qəbul olunacaq abituriyentlərin sayı açıqlanıb

02.07.13 14:24 1550
Ali məktəblərə imtahansız qəbul olunacaq abituriyentlərin sayı açıqlanıb
Bu il Azərbaycanda 49 abituriyent ali və orta ixtisas təhsili müəssisələrinə imtahansız qəbul olunacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Onun sözlərinə görə, bu il də dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri olan abituriyentlər təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edib. Bu kateqoriyadan olan abituriyentlərin sənədlərinin qəbulu 1-21 may tarixlərində aparılıb.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün müvafiq ixtisaslar üzrə TQDK-ya 65 abituriyent müraciət edib. Müəyyən müddət ərzində onların sənədləri araşdırılıb və yekun nəticədə 49 abituriyentin ali məktəblərə müsabiqədənkənar qəbul olması qərara alınıb. Onlardan 45-i idman müsabiqəsinin qalibləri, 2 nəfər beynəlxalq fənn olimpiadasının qalibi (1-i riyaziyyat, 1-i isə kimya fənni üzrə), 2 nəfər isə beynəlxalq musiqi festivalının qalibidir.
banner

Oxşar Xəbərlər