• cümə, 29 Mart, 18:37
  • Baku Bakı 14°C

Akif Çovdarov və digərlərinin məhkəməsi təxirə salınıb

14.08.17 17:15 1288
Akif Çovdarov və digərlərinin məhkəməsi təxirə salınıb
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Vəkil Şahin RəfiyevinAPA-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsininsədri Həbib Həsənov bildirib ki, Akif Əliyevin vəkili Anar Qasımlı səhhəti ilə bağlı iclasda iştirak edə bilmir.Bu səbəbdən proses avqustun 16-dək təxirə salınıb.
Qeyd edək ki, bugünkü prosesdə dövlət ittihamçısının çıxışı gözlənilirdi.
banner

Oxşar Xəbərlər