• cümə, 29 Mart, 15:32
  • Baku Bakı 14°C

Abşeronda bələdiyyələr üçün təlim keçirilib

17.10.17 16:50 1578
Abşeronda bələdiyyələr üçün təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi (BFTİB) "Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində Abşeron rayonunun mərkəzi Xırdalan şəhərində ilk təlim keçirib.
Qeyd edək ki, layihə çərçivəsində təşkilatın əsas fəaliyyəti AR Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nına uyğun olaraq Abşeron, Şamaxı və Masallı rayonlarında kənd və qəsəbə bələdiyyələrinin fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsidir.
Təlimin təşkilində əsas məqsəd isə bələdiyyələrinin şəffaflıq və hesabatlılıq məsələləri, qanunvericilik, mövcud standartlar, Açıq Hökumət prinsiplərindən doğan öhdəliklər barədə bilik və bacarıqlarının artırılması idi.
Təlimdə Abşeron rayonunun 10 bələdiyyəsindən-bələdiyyə sədrləri, müavinlər və qulluqçularından ibarət 30 nəfər, o cümlədən Abşeron RİH-in təmsilçiləri iştirak edib.
Təlimdə ilk sözü layihənin rəhbəri Könül Quliyeva açaraq "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi olaraq layihənin gedişindən, məqsəd və vəzifələrindən danışaraq, ölkəmizdə bələdiyyələrdə aparılan şəffaflıq prinsiplərindən danışıb.
Təlimdə BFTİB-nın ekspertləri Zaur İbrahimli və Mirəli Hüseynovun "Bələdiyyələrin şəffaflıq və hesabatlılıq məsələləri, qanunvericilik, mövcud standartlar” və "Eik davaranış qaydaları” mövzularında təqdimatları olub.
Ekspert Zaur İbrahimli çıxışında Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin aradan qaldırılmasından, habelə vergi və ödənişlərin uçotunun aparılmasından,şəffaflığın təmin olunmasında Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən istifadəyə verilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının xüsusi əhəmiyyəti kəsb etdiyini qeyd edib. Ekspertin sözlərinə görə, 2016-cı ilin oktyabrından istifadəyə verilən proqramın bir sıra bələdiyyələr tərəfindən istifadəsində müəyyən çətinliklər olsa da, nəticə etibariylə az müddətdən sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görəcək və fəaliyyətlərində hiss edəcəklər.
Ekspert həmçinin yerli vergi və ödənişlərin onlayn rejimdə daha geniş formatda həyata keçirilməsi imkanlarının yaradılmasının Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında” həyata keçirilməsinin təmin edilməsi artıq nəzərdə tutulmuşdur.
Ekpertlərin təqdimatı iştirakçıların marağına səbəb olub. Təlim prosesində iştirakçılara mövzuya uyğun materiallar və bukletlər paylanılıb.
BFTİB-in layihə çərçivəsində növbəti təlimi Masallı və Şamaxıda oktybarın 25 -27 keçiriləcəkdir.
Xatırladaq ki, "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2010-cu ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. 2011-ci ildən başlayaraq Azərabycan bələdiyyə sisteminin inkişafı və qarşılaşdığı problemlərin həlliylə bağlı bir sıra ciddi layihələrə imza atıb.
banner

Oxşar Xəbərlər