• cümə, 29 Mart, 14:08
  • Baku Bakı 14°C

ABŞ səfirliyi üç vəkilin fəaliyyətinin bərpa edilməsini alqışlayıb

06.05.21 19:30 799
ABŞ səfirliyi üç vəkilin fəaliyyətinin bərpa edilməsini alqışlayıb
ABŞ-ın Azərbaycandakı səfirliyi Vəkillər Kollegiyasının Şəhla Hümbətova, İradə Cavadova və digər vəkilin fəaliyyətinin bərpa edilməsi haqda qərarını təqdir edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ səfirliyi açıqlama yayıb.
"Dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanunun aliliyinin qorunmasında müstəsna rol oynayırlar. Xanım Hümbətova, xanım Cavadova və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və sıravi vətəndaşlar hüquq xidmətlərindən faydalanmaq imkanı qazanırlar”, - deyə səfirliyin açıqlamasında qeyd olunub.
banner

Oxşar Xəbərlər