• cümə axşamı, 25 aprel, 23:31
  • Baku Bakı 21°C

ABŞ-da terror aktı-YENİLƏNİB

12.06.16 17:02 1365
ABŞ-da terror aktı-YENİLƏNİB
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse” gecə klubunda baş verən olayı Orlando polisi terror aktı adlandırıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Orlando şəhərinin polis rəisi Con Mina keçirdiyi mətbuat konfransında bildirib.

Gecə klubunda insanlara atəş açan şəxsin üzərində bir avtomat və bir tapança olub. Atışma zamanı bir polis əməkdaşı da yaralanıb.

Qeyd edək ki, "Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb, 42 nəfər yaralanıb. İnsanlara atəş açan şəxs polislə atışma zamanı öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.
Son məlumatlara görə, terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Orlando meri Baddi Dayer açıqlayıb.

B. Dayer deyib ki, terror aktı nəticəsində 20 nəfər yox, 50 nəfər ölüb.

banner

Oxşar Xəbərlər