• cümə axşamı, 28 mart, 22:16
  • Baku Bakı 13°C

ABŞ Ankaraya nümayəndə heyəti göndərib

16.10.17 19:20 2768
ABŞ Ankaraya nümayəndə heyəti göndərib
Türkiyə ilə ABŞ arasında yaranan gərginliklə bağlı tərəflər arasında yüksək səviyyədə görüş keçiriləcək.

APA-nın "Haber 7”yə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibinin müaviniConatanKoheninrəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya gedib. C. Kohen səfərdən əvvəl viza problemi ilə bağlı suala "bu problemi mən həll etmirəm", - deyib.

ABŞ nümayəndə heyəti Türkiyə XİN aparatının rəhbəri Əhməd Muxtar Günün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirəcək.

Qeyd edək ki,ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı, Türkiyə vətəndaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək saxlanılıb.
banner

Oxşar Xəbərlər