• cümə, 29 Mart, 06:14
  • Baku Bakı 5°C

AAYDA yol hərəkətinin təşkilində edilən qüsuru nəzarətə götürüb

16.04.21 14:00 673
AAYDA yol hərəkətinin təşkilində edilən qüsuru nəzarətə götürüb
Ötən gün sosial şəbəkələrdə "Şamaxı yolu" adlanan ərazidə, daha dəqiq 20 Yanvar küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılmışdı. Belə ki, piyada zolağı yolun bir tərəfində dekorativ kollara doğru çəkilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "APA-Economics”ə verilən məlumata görə, bu barədə AAYDA-nın aidiyyəti şöbəsinə məlumat verilərək problem nəzarətə götürülüb.
"Bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olublar və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıqlar verilib. Qeyd edilən ərazidə problemin aradan qaldırılması üçün atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - AAYDA-dan bildirilib.

banner

Oxşar Xəbərlər