• cümə, 26 Aprel, 08:03
  • Baku Bakı 12°C

Güclü külək əsəcək - Xəbərdarlıq

20.04.21 17:30 1169
Güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Xidmətindən Kaspi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən 23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.
Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
banner

Oxşar Xəbərlər