2021-ci ildə KDÇ harada keçiriləcək?

Böyük ehtimalla,
2021-ci ildə klublararası dünya çempionatı Çində keçiriləcək.
Kaspi.az xəbər
verir ki, çempionat yeni formatda keçiriləcək. Bundan sonra çempionat 24
komandanın iştirakı ilə 4 ildən bir keçiriləcək.
Hazırda
çempionatda iştirak edəcək komandaların tam siyahısı bəlli deyil. Amma ÇL-in və
Avropa Liqasının son 4 qalibi – "Real”, "Liverpul”, "Atletiko” və "Çelsi”nin
turnirdə iştirak edəcəyi dəqiqdir.
Turnir, yaxın
iki il ərzində köhnə formatda Qətərdə keçiriləcək.
